Noyabrın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam hava tutqun olacaqdır.
Temperatur gecə 9-12°, gündüz 15-19°, Bakıda gecə 10-12°, gündüz 16-18° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 1-6°, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, axşam isə az yağış yağacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam çiskin olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
səhər və axşam bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam az yağış yağacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 8-12°, gündüz 16-21° isti, dağlarda gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.