CƏMİYYƏT
Noyabrın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-9°, gündüz 12-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 1-6°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 13-18° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər havanın yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır .
Temperaturun gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacağı ehtimal olunur.
Temperatur gecə 8-11°, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaqdır.