Noyabrın 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-8°, gündüz 11-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 1-6°, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 8-13° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° isti, gündüz 2-7° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır .
Temperaturun gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 7-10°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteorolji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.