Noyabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-8°, gündüz 11-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 , gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 0-5°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 10-15° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 4-9° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır .
Temperaturun gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı və dumanlı olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 6-10°, gündüz 12-16° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaqdır.