NOYABRIN 28-DƏ III ÇAĞIRIŞ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN I SESSİYASI KEÇİRİLƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 28-də III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləcəkdir.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin müavinləri, Ali Məclis daimi komissiyalarının sədrləri, sədr müavinləri və üzvləri seçiləcək, muxtar respublikanın 2006-cı il Dövlət büdcəsi, Ali Məclis sədrinin fərmanları təsdiq ediləcək, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər olunacaqdır.