Noyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 8-11°, gündüz 15-18°, Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək , nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 1-6°, gündüz 16-21° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 16-21° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 3-8°, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-11°, gündüz 15-20° isti, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.