Noyabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 10-13°, gündüz 18-23°, Bakıda gecə 10-13°, gündüz 20-22° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 1-6°, gündüz 17-22° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı vardır.
Temperaturun gecə 1-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 3-8°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 7-12°, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 9-12°, gündüz 17-22° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.