Noyabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaqdır.
Temperatur gecə 8-12°, gündüz 12-15° isti, Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında
arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti,bəzi yerlərdə 3°-dək şaxta, gündüz 8-13° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacaqdır.
Temperaturun gecə 0-5°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacaqdır.
Temperaturun gecə 0-5°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan, 2°-dək isti, gündüz 4-9° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 9-11°, gündüz 13-17° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.