Noyabrın ikinci ongünlüyündə orta temperatur ötən illə müqayisədə 3-5º yüksək olub
Bakı, 23 noyabr, AZƏRTAC
Respublikanın əksər bölgələrində noyabrın ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5º yüksək olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 12º, Naxçıvanda 7º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 11-14º, Şəki-Zaqatalada 10-15º, Dağlıq Şirvan bölgəsi və Qubada 7-8º, Lənkəran-Astarada 11-13º, Tovuz-Qazaxda 6-13º qeydə alınıb.
Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə -1º şaxta, Qazaxda 2º, Quba, Şamaxı, Naxçıvan və Tovuzda 3º, Şəki, Zaqatala, Göyçay, Cəfərxan və Ceyrançöldə 4º, Bərdə, Zərdab, Lənkəran və Gəncədə 5º, Maştağada və Acınohurda 7º qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]