Nyu Yorkda Azərbaycan və İraq xarici işlər nazirlərinin görüşü olub
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-İraq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
İbrahim Əl-Cəfəri ölkəsindəki vəziyyət barədə məlumat verib və son dövrlərdə İraqda baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini bildirib, Azərbaycanın həmin obyektlərin bərpasında iştirak imkanlarına baxılmasını xahiş edib.
Elmar Məmmədyarov İraqa etdiyi son səfərinin əhəmiyyətini vurğulayıb, keçirilən görüşlər zamanı əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər aparıldığını diqqətə çatdırıb. O, iraqlı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlI cari vəziyyət və aparılan danışıqlar prosesi haqqında da məlumat verib. BMT-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini söyləyən E.Məmmədyarov dost ölkələrin bu problemin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli həllinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
E.Məmmədyarov iraqlı həmkarını ölkəmizə rəsmi səfərə dəvət edib. İbrahim Əl-Cəfəri dəvəti məmnuniyyətlə qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:35]
Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb
- 08.06.2026 [11:46]
ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]