NYU-YORKUN MERİ SİQARETÇƏKMƏ İLƏ MÜBARİZƏYƏ 125 MİLYON DOLLAR İANƏ ETMİŞDİR
2001-ci ildə ilk dəfə Nyu-Yorkun meri seçilən Maykl Blumberq “Forbes” jurnalının ABŞ-ın ən varlı adamları reytinqində 40-cı yeri tutmuşdur. Onun var-dövləti 5 milyard dollar dəyərində qiymətləndirilir. Blumberq 2003-cü ildə Nyu-Yorkun bütün bar və restoranlarında siqaret çəkməyi qadağan etmişdir.
Maykl Blumberqin yeni bəyanatında deyilir: “Tütün dünyada bir nömrəli qatildir. Siqaretçəkmə yalnız siqaretçəkənlərə deyil, onları əhatə edən adamlara da zərər vurur və həyatlarını təhlükə altına alır”.
Nyu-York merinin ianə etdiyi vəsait bu zərərli vərdişi tərgitmək istəyən siqaretçəkənlərə yardım proqramlarının maliyyələşdirilməsinə, uşaq və yeniyetmələr arasında siqaretçəkmənin yayılması ilə mübarizəyə yönəldilir. Ayrılmış bütün vəsait fəaliyyət göstərən xeyriyyə təşkilatlarının hesablarına daxil olacaqdır. Hazırda həmin təşkilatların siyahısı dəqiqləşdirilir.
İndi 64 yaşı olan Maykl Blumberq siqaret çəkməyi 30 ildən çox əvvəl tərgitmişdir. M.Blumberqin sözlərinə görə, o, siqaretçəkmə ilə qlobal mübarizəyə qoşulmaq qərarına gəlmişdir, çünki daha bu zərərli vərdiş ucbatından insanların vaxtsız məhvinin etinasız şahidi kimi qalmaq istəmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]