O müdhiş gecədə qanlı faciələr, cinayətlər törədilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç zaman yaddan çıxmayacaqdır. O müdhiş gecə keçmiş sovet ordusu Azərbaycanda qanlı faciələr, cinayətlər törətmiş, lakin insanların azadlıq duyğularını boğa bilməmişdir.
Bu sözləri Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Əliyev AZƏRTAC-a müsahibəsində söyləmişdir. Qara Yanvarda çoxlu günahsız qanlar axıdılmışdır. 20 Yanvar tariximizin qanlı, eyni zamanda, şanlı səhifəsidir. Şəhidlərin xatirəsi həmişə əziz və müqəddəs tutulacaqdır.
V.Əliyev qeyd etmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]