Odessada sərnişin qatarına dron hücumu nəticəsində iki maşinist həlak olub
Kiyev, 13 avqust, AZƏRTAC
Ukraynanın Odessa vilayətində Rusiya dronu sərnişin qatarının lokomotivini hədəfə alıb.
AZƏRTAC bu barədə “Ukrzaliznitsa” ASC İdarə Heyətinin sədri Aleksandr Pertsovskinin “Facebook”da paylaşımına istinadla xəbər verir.
Paylaşımda hücumun necə baş verdiyi izah olunub. Monitorinq qrupu dron təhdidini aşkar edib və maşinistə “dayan” əmri verib. Həmin an qatar sərnişinləri təhlükəsiz şəkildə təxliyə etmək üçün stansiyaya daxil olurdu. Amma “Şahed” tipli reaktiv dronun qəfil manevrinə görə lokomotiv heyətinin qatarı tamamilə dayandırmağa və özlərini təxliyə etməyə vaxtı olmayıb.
“Təəssüf ki, ən dəhşətli xəbəri birbaşa bildirməliyəm: ilkin məlumata görə, bu zərbə lokomotiv heyətimiz - maşinist və köməkçi üçün heç bir şans qoymayıb. Həmkarlarımızın qəhrəmanlığı qarşısında baş əyirik. Onlar sərnişinlərinin təhlükəsiz şəkildə təxliyəsi və xilas edilməsi üçün qatarı dayandıraraq həlak olublar”, -deyə “Ukrzaliznitsa” ASC İdarə Heyətinin sədri əlavə edib.
Qatardakı 340 sərnişin və vaqonlardakı xidmət personalı təhlükəsiz yerə təxliyə edilib. Xəsarət alan olmayıb.
Hazırda sərnişinlərin Odessaya daşınması üçün avtobuslar təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.08.2026 [13:53]
Əfqanıstanda təqribən 4 milyon uşaq kəskin aclıqdan əziyyət çəkir
- 13.08.2026 [13:51]
ABŞ qlobal neft tədarükü və tələbatına dair prqonozlarını açıqlayıb
- 13.08.2026 [13:44]
Astronomlar “qara dəlik ulduzu” kəşf ediblər
- 13.08.2026 [13:04]
ABŞ-nin təbii qaz ehtiyatları son 10 ilin ən yüksək səviyyəsinə çatacaq
- 13.08.2026 [12:58]
İsveçdə tədris ilinin əvvəlində təxminən 2 min uşaq yollarda xəsarət alır
- 13.08.2026 [12:20]