Oğuzda karantin qaydalarını pozan koronavirus xəstəsi saxlanılıb
Oğuz, 7 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, koronavirus testinin nəticəsi pozitiv olan rayonun Bucaq kənd sakini Elnur Məmmədrəfiyev ev şəraitində müalicə alsa da, qaydaları pozaraq yaşadığı ünvanı tərk etməklə ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən o, kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və yaşadığı evə qaytarılıb.
Həmin şəxs barəsində Oğuz Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO
- 01.10.2026 [19:22]