Oksana Kovalçuk: Çempionat çox yüksək səviyyədə təşkil edilib
Bakı, 27 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Bakıda keçirilən voleybol üzrə Avropa çempionatının final mərhələsi çox yüksək səviyyədə təşkil edilib. Buraya güclü komandalar toplaşıblar. Onlar təmsil etdikləri ölkələrin çempionlarıdır. Milli Gimnastika Arenasının çox gözəl zalı var. Azarkeşlərin dəstəyi də güclüdür. Hər şey xoşumuza gəldi.
Bu sözləri Belarusun voleybol yığmasının kapitanı Oksana Kovalçuk Çexiya voleybolçularına 3:2 hesabla qalib gəldikdən sonra AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, komanda çempionata mübarizə aparmaq üçün gəlib. “Bəli, ilk iki partiyada bizimki gətirmədi. Rəqib çox yaxşı hazırlaşmışdı və bizim taktikamızı pozdu. Üçüncü partiyada hər top uğrunda sonadək mübarizə apardıq. Matçın sonu isə bizim üçün sevindirici oldu”, - deyə O.Kovalçuk qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]