Oktyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 9-12°, gündüz 18-23°, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-85, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 3-7°, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-6° , gündüz 12-17° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-9°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, Lakin axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 13-18° isti, dağlarda gecə 0° -4°, gündüz 8-13° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-12°, gündüz 17-22° isti, dağlarda gecə 1-6°, gündüz 11-16° isti olacaqdır.