Oktyabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 8-10°, gündüz 15-20°, Bakıda gecə 8-10°, gündüz 18-20° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 1-6°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4-9°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 3°-dək isti, gündüz 9-14° olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.
Temperatur gecə 5-10°, gündüz 20-25° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 8-11°, gündüz 20-24° isti, dağlarda gecə 0-5°, gündüz 15-20° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskonfort hissi yaratsa da, oktyabrın 26-27-də meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əsasən əlverişlidir.