Oktyabrın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir.
Temperatur gecə 8-11°, gündüz 15-18°, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında
əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperatur gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
səhər və axşam yağış yağacağı ehtimalı vardır. gözlənilir.
Temperaturun gecə 1-6°, bəzi yerlərdə 3° şaxta, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman, çiskin olacağı, axşamadoğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az yağış yağacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 16-21° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər duman, çiskin olacağı, axşamadoğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-11°, gündüz 17-22° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacaqdır.