Oktyabrın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaqdır.
Temperatur gecə 10-13°, gündüz 14-17°, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 2-6°, bəzi yerlərdə 3° şaxta, gündüz 17-22° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-6°, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacaqdır.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-12°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 5-8° isti olacaqdır.