Oktyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 8-11°, gündüz 18-23° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 2-7° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 17-22° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 8-12°, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.