OLİMPİYA OYUNLARI KRİTDƏ İKİ KƏND ARASINDA ƏDAVƏTƏ SON QOYACAQ
AZƏRTAC xəbər verir ki, Olimpiya oyunlarında qadın və kişilərin marafon yürüşləri qaliblərinin boyunlarından təkcə medallar deyil, yaşı təxminən 3 min il olan zeytun ağacının budaqlarından hörülmüş çələnglər də asılacaqdır. Qaliblərin bu təltifi Krit adasında iki kəndin sakinləri arasında illərdən bəri davam edən ədavətə, nəhayət, son qoyacaqdır. Ədavətə səbəb odur ki, hər kənd öz zeytun ağacının daha yaşlı olduğunu iddia edir.
Oyunların Təşkilat Komitəsinin prezidenti İoanna Angelopulos demişdir: “Bizim qarşılıqlı güzəşt etməkdən başqa çarəmiz qalmadı. Ona görə də ağaclardan birinin budaqlarından kişilər üçün, digərinin budaqlarından isə qadınlar üçün çələng düzəltməyi qərara aldıq. Əminik ki, bu qərar onları barışdıracaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]