ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ƏSASƏN YAĞMURSUZ KEÇƏCƏKDİR
Bakı, 1 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 2-də ölkə ərazisində havanın gündüz əsasən yağmursuz və küləkli keçəcəyi gözlənilir.
Bakıda havanın temperaturu gündüz 33-35, gecə 22-24, Naxçıvanda gündüz 36-38, gecə 18-20, aran bölgəsində gündüz 36-38, gecə 22-24, dağlarda gündüz 22-24, gecə 12-14 dərəcə təşkil edəcəkdir.
Tibbi meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında arabir güclənən şimal küləyinin üstünlüyü və eyni zamanda temperaturun ötən günlərlə nisbətən aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]