Ölkə ərazisində toz dumanı müşahidə olunur
Bakı, 31 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən yanvarın 31-də gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda tozun miqdarı sanitar normadan 2,4 dəfə çoxdur. Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz dumanının daxil olmasıdır. Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur. Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəzlənməsi nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]