Ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 16-19° isti, gündüz 21-26° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 23-28° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Gecə 16-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacaq.