“Ölkəmizi tanıyaq” tur-aksiyası biz məktəblilərin gələcək həyatında böyük önəm daşıyacaq
“Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiya biz məktəblilərin gələcək həyatında böyük əhəmiyyət daşıyacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində aksiya iştirakçısı, Bakıdakı Pirallahı rayon 186 nömrəli orta məktəbin IX sinif şagirdi Sərxan Süleymanzadə deyib.
Tur-aksiyanın məktəblilərin Azərbaycanın bölgələrini yaxından tanıması, qədim tariximizin, maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsin baxımından böyük önəm daşıdığını söyləyən S.Süleymanzadə vurğulayıb ki, bu aksiya ölkəmizin gəzməli və görməli yerləri ilə, müasir abadlıq və quruculuq işləri ilə də yaxından tanışlıq baxımından əvəzsizdir. Bütün bunlar bir daha müstəqil dövlətimizin yetişməkdə olan gənc nəslə qayğı və diqqətinin bariz nümunəsidir.