Omanda Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq
Qahirə, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Omanda İraqın, İranın və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Hörmüz boğazında yaranmış vəziyyətə həsr olunan çoxtərəfli görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, görüşdə İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların nəticələri müzakirə ediləcək.
Eyni zamanda, İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına sadiq olduğunu bildirib. O, İranın region ölkələri arasında etimad və əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. Həmçinin Hörmüz boğazında müvəqqəti gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı İran və Oman arasında anlaşmanın əldə olunduğunu bildirib.
İran rəsmisi, eyni zamanda, ABŞ-nin bölgədəki fəaliyyətlərini tənqid edib. O, Vaşinqtonun hərbi və iqtisadi təzyiqləri davam etdiyi müddətdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə zəmanətin mümkün olmadığını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]