CƏMİYYƏT
Ombudsman Aparatı: 200-dən artıq təklif və tövsiyənin yarısı öz həllini tapıb
![Ombudsman Aparatı: 200-dən artıq təklif və tövsiyənin yarısı öz həllini tapıb](/files/2023/3/1200x630/17032458361834544691_1200x630.jpg)
Bakı, 22 dekabr, AZƏRTAC
2019-2022-ci illərdə Azərbaycan ombudsmanı tərəfindən illik məruzələrdə 200-dən artıq təklif və tövsiyə irəli sürülüb. Həmin təkliflərin yarıdan çoxu müvafiq qanunvericilik aktlarında, habelə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapıb.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından bildirilib.
Qeyd olunub ki, müvafiq təkliflər insan hüquqlarının səmərəli təmin edilməsinə, o cümlədən aztəminatlı ailələrin və əhalinin həssas qruplarının problemlərinin həllinə yönəlməklə əhalinin müxtəlif qruplarının maraqlarına xidmət edən bir çox istiqamətləri əhatə edib.