OMBUDSMAN MİLLİ MƏCLİSƏ TƏKRAR SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏKDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil təkrar seçkilər günü bu mühüm ictimai-siyasi kampaniyanın qanunun tələblərinə uyğun, ədalətli və şəffaf keçirilməsini təmin etmək məqsədilə Bakı şəhərində və digər bölgələrdə seçkiləri müşahidə edəcəkdir. Təsisatın Mərkəzi Seçki Komissiyasınında qeydiyyatdan keçmiş 20 əməkdaşı müşahidəçi qismində seçkilərə qatılacaqdır.
Qeyd edək ki, təkrar seçkilər ərəfəsində Ombudsman Aparatında seçkilərdə müşahidəçi olacaq əməkdaşlar üçün təlim keçirilmişdir.
Təlimdə seçkilərdə müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki dairələri və məntəqələrində müşahidəçilik qaydaları və s. barədə ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]