OMBUDSMAN NAFTALANDA GÖRÜŞ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Naftalan şəhərinin sakinləri ilə görüşmüş, onların müraciətlərini dinləmişdir. Müvəkkilin səlahiyyətləri, Ombudsman təsisatının fəaliyyəti barədə məlumat verən E.Süleymanova ona ünvanlanmış suallara da aydınlıq gətirmişdir.
Müvəkkil Naftalanın müxtəlif sağlamlıq müəssisələrində, sanatoriyalarında məskunlaşmış şuşalı məcburi köçkünlərlə də görüşmüş, onların problemləri ilə maraqlanmışdır. O, tərəqqipərvər dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq qurumların köməyi və Azərbaycan rəhbərliyinin qətiyyətli səyləri nəticəsində məcburi köçkünlərin yaxın zamanda doğma yurdlarına qayıdacağına əmin olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]