OMBUDSMAN QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil görüşün əhəmiyyətindən danışmış, əməkdaşlığın təkmilləşdirilməsinin və yeni formaların müəyyənləşdirilməsinin zəruriliyini qeyd etmişdir. O, fəaliyyətində müxtəlif qurumlar və təşkilatlarla, o cümlədən QHT-lərlə əlaqələrə xüsusi önəm verdiyini bildirmiş, əməkdaşlığı müntəzəm davam etdirmək üçün ombudsmanın yanında müstəqil Ekspertlər Şurası yaradıldığını diqqətə çatdırmışdır. E.Süleymanova QHT nümayəndələrini fəal əməkdaşlığa, hüquq pozuntusu hallarının birlikdə araşdırılmasında, monitorinqlər keçirilməsində iştiraka dəvət etmişdirB.Çapmen ombudsmanın qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirmiş, fəallığı ilə seçilən QHT-lərin potensialından istifadə olunmasının zəruriliyini vurğulamışdır.