Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günündə Ulu Öndərin məzarını ziyarət edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.