Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömrünün 50 ilini zəhərli ilanlarla keçirən Ağdam sakini REPORTAJ VİDEO

Ömrünün 50 ilini zəhərli ilanlarla keçirən Ağdam sakini  REPORTAJ VİDEO

Ağdam, 17 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

İlanlar insanların ən çox qorxduğu canlılardandır. Buna səbəb isə onların bəzi növlərinin öldürücü zəhərə malik olması, ilan sancması hadisələrinin ölümlə nəticələnməsidir. Əslində isə heç də ilanların hamısı zəhərli deyil, onların çoxu zərərsiz və faydalıdır.

AZƏRTAC-ın bölgə müxbiri ilanların aktivləşmə dövrünün başlanmasını nəzərə alıb mövzunu araşdırıb. Ömrünün 50 ildən çoxunu ilanlarla keçirən Ağdam rayon sakini Mirhəsən Abıyev ilanların həm təhlükəli, həm də çox faydalı canlılar olduğunu bildirib.

Mirhəsən Abıyev ilanlarla dostluğunun uşaq vaxtlarından başladığını deyib: “Uşaq vaxtlarımda insanların ilanlardan qorxmasını anlamırdım. 1969-cu ildə, 6 yaşım olanda bir gürzə ilanı tutub saxlayırdım. İlan pişiyi sancıb öldürdü. O zaman bildim ki, bu, zəhərlidir, insanlar ona görə ilanlardan qorxurlar. Buna baxmayaraq, o vaxtdan ilanlarla dostluq etməyə başladım”.

Həmsöhbətimiz hazırda evində iki gürzə, bir neçə zəhərsiz ilan, eləcə də əqrəb saxlayır: “Gördüyünüz bu ilanın 22 yaşı var. Bunu gətirəndə 4 yaşı olardı. 2005-ci ildən saxlayıram. Elə olub ki, yem verərkən səhvə yol vermişəm, əlim keçib ağzına. Amma zəhər dişini batırmayıb, çox etibarlıdır. Gürzə ani sıçrayışla dişini rəqibinə keçirə bilir. Mənim əlimi sancmamasına çox təəccüb elədim. 11-12 yaşlı ilan da var. Bundan başqa yarızəhərli və zəhərsiz ilan növləri, həmçinin əqrəb də saxlayıram”.

Söhbət zamanı məlum olur ki, hazırda ilanların qabıq dəyişmə dövrüdür. Ona görə görmə qabiliyyətləri zəifdir. Təxminən 15 günə isə cütləşmə dövrü başlayacaq. İyulun axırı-avqust ayları yumurtaqoyma dövrüdür.

İlanların növləri, onların xüsusiyyətləri haqqında da məlumat verən Mirhəsən Abıyev bildirib ki, Azərbaycanda ilanın 28 növü var. Onlardan 7-si zəhərli, 5-i yarızəhərli, qalanı zəhərsizdir. Suilanı, təlxələr tam zərərsizdir. Camaat arasında yeddiqardaş, qızıl ilan deyilən qırmızıqarın təlxədir. Bundan başqa sarıqarın təlxə, xaltalı təlxə, zeytuni təlxə növləri də var. Bunların içində ən geniş yayılanı qırmızıqarın təlxədir. Bu ilan tam zərərsizdir. Xırda gəmircilərlə, həşəratlarla qidalanır. İnsanlar arasında bu ilanla bağlı doğru olmayan fikirlər də var. Məsələn, deyirlər ki, qızıl ilan yeddi qardaş olur. Birini öldürdükdə digər qardaşlar hökmən onun qisasını alır. Əslində isə belə bir şey yoxdur.

Mirhəsən Abıyev zəhərli və zəhərsiz ilanları fərqləndirən xüsusiyyətlərdən da danışıb: “Zəhərsiz ilanların başı pulcuqsuz, quyruğu uzun olur. Gürzənin başı isə pulcuqlarla örtülüdür. Başının yuxarı hissəsində sağ və soldakı zəhər vəzləri var. Zəhər vəzlərindən zəhər kanallarla zəhər dişinə ötürülür.

Zəhərli və zəhərsiz ilanların digər fərqi baş quruluşlarında və gözlərindədir. Zəhərli ilanların başları üçkünc, burun dəliyi enli olur. Gözlərinin ortası qara qalın xətt kimi olur. Axşama doğru həmin xətt böyüyür. Zəhərsiz ilanların göz bəbəyi isə eyni vəziyyətdə yumru olur, dəyişmir.

Yarızəhərli ilanların zəhər dişi arxada olur. Təhlükə hiss etdikdə quyruğunu silkələyir. Bəzən deyirlər, ilan çönməsə vura bilmir. O deyim yarızəhərli ilanlara aiddir. Yarızəhərli ilanların zəhəri əsas qidaları olan kiçik canlılar üçün təsirlidir. İnsan və digər iri məməlilər üçün təsirsiz olduğundan dişləmirlər. Zəhərsiz ilanların zəhər dişi olmur. Gürzələrin zəhər dişi isə ağızın qabaq hissəsində yerləşir”.

İlanlar oktyabrın axırlarında qış yuxusuna gedirlər. Hər hansı bir dəliyə, bəzən tülkü yuvasına sığınırlar. Bir yuvaya 20 ilan da girə bilər. Aprel ayında, havanın temperaturu 25 dərəcəyə qalxanda oyanırlar. Bu zaman aqressiv olurlar. Bu dövr qabıqdəyişmə dövrü sayılır. Ardınca cütləşmə dövrü başlayır. Ən öldürücü vaxtları isə avqust ayıdır. Çünki ilanlar avqust ayına kimi qidalanır, zəhərini tam gücləndirirlər.

Zəhərsiz və yarızəhərli ilanların insan üçün heç bir qorxusu olmadığını deyən Mirhəsən Abıyev hətta zəhərli ilanlarla qarşılaşdıqda belə qorxmaq lazım olmadığını söyləyir: “İlanlar təbiətin bir parçasıdır. Onları öldürməklə təbiətə böyük ziyan vururuq. Azərbaycanda ən zəhərli ilan olan gürzələr insan məskənlərindən kənar qaçır. Gürzə ilə qarşılaşanda qorxmaq lazım deyil, uzaqlaşıb gedəcək. Əgər onu incidərsənsə, səni sancar. Gürzə ilə qəfil qabaq-qabağa gəldikdə, məsafə yaxındırsa, tərpənmək lazım deyil. O hiss edir ki, qarşısında düşmən var. Onun tərpənməyini gözləyir. Tərpəndikdə ona zərər vuracağını sanıb sancır. Gürzə ilə rastlaşdıqda dayanıb gözləmək lazımdır, özü uzaqlaşıb gedir”.

 

Ömrünün 50 ilini zəhərli ilanlarla keçirən Ağdam sakini  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq