On altı mindən çox şagird təmayül sinifdə təhsil alır
Bakı, 21 dekabr, AZƏRTAC
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 min 85 şagird təhsil alır.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 2022-ci ildə paytaxtın 15 təhsil müəssisəsində təmayül sinifləri üzrə monitorinqlər aparılıb və 50-yə yaxın dərs dinlənərək təhlil edilib. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.