On bir ayda Azərkosmosun ixrac etdiyi xidmətin dəyəri 24 milyon ABŞ dollarıdır
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında Azərkosmos tərəfindən dünyanın 41 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizidir.
Noyabrda isə Azərkosmos dünyanın 34 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.
On bir ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon dollar ilə Birləşmiş Krallıq, 5,3 milyon dollar ilə Fransa, 4 milyon dollar ilə Lüksemburq, 2,1 milyon dollar ilə BƏƏ və 1,3 milyon dollar ilə Pakistan qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]