OPEK-İN ÜZVÜ OLAN ÖLKƏLƏRİN ƏKSƏRİYYƏTİ NEFT HASİLATININ VƏ İXRACININ AZALDILMASINA TƏRƏFDARDIR
Eyni zamanda, OPEK-in üzvü olan ölkələr nəzərdə tutulan azalmaların təxirə salınmasında israr edırlər. Belə ki, Küveytin energetika naziri yeni kvotaların həyata keçirilməsini OPEK konfransının iyunun 3-nə nəzərdə tutulmuş növbəti sessiyasınadək təxirə salınmasını təklif etmişdir. Lakin ehtimal olunur ki, Küveyt və ixrac kvotalarının azaldılmasının təxirə salınmasına tərəfdar olan digər Fars körfəz ölkələri, qəbul edilmiş qərarların ləngimədən dərhal yerinə yetirilməsinə tərəfdar çıxan və artıq neft hasilatının azaldılmasına başlayan Səudiyyə Ərəbistanının mövqeyini dəstəkləyəcəklər.
Şərhçilərin fikrincə, neftin qiymətinin azaldılmasına çalışan ABŞ, ötən illərdən fərqli olaraq, bu dəfə OPEK-də onun maraqlarını müdafiə edən ölkə kimi, Səudiyyə Ərəbistanını deyil, Küveyti və Birləşmiş Ərəb Əmirliklərini seçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]