Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib

Ordubad, 27 iyul, AZƏRTAC

İyulun 27-də Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və "Huawei" şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen açılışı bildirən lenti kəsiblər.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq transavrasiya fiber optik magistrallarına ikitərəfli çıxış təmin edilib. “Azərspace” peyki üzərindən isə 3-cü alternativ rabitə kanalları yerləşdirilib. Hazırda muxtar respublikanın əsas və alternativ magistral telekommunikasiya xətlərinin 1600 kilometri fiber optik xətlərdir. Fiber optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı vardır. Bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilib. 2010-cu ildən muxtar respublika ərazisində mövcud telefon sisteminin rekonstruksiyasına başlanmışdır. Bu günə qədər layihənin 4 mərhələsi başa çatdırılıb. Ordubad rayonu ərazisində mövcud avtomat telefon stansiyalarının rekonstruksiyası da bu sahədə görülən işlərin davamıdır.

“Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen çıxış edərək deyib: Naxçıvanda yeni texnologiyaların tətbiqi sahəsində böyük nailiyyətlər qazanılıb. Ordubad rayonunda yeni nəsil telekommunikasiya sistemlərinin açılışı bunu bir daha təsdiq edir. “Huawei” şirkəti Azərbaycanda fəaliyyətinə 16 il bundan əvvəl 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə əməkdaşlıqla başlayıb. Muxtar respublikada əhalini yüksəksürətli mobil və stasionar internetlə təmin edən 4G mobil şəbəkəsinin, məhdud fiziki imkanlı uşaqlar üçün distant təhsil sisteminin qurulması, 18 tələbənin Çin Xalq Respublikasında təlim keçməsi, “Qədim və müasir Naxçıvan” kitabının çapı uğurlu əməkdaşlığın nəticəsidir. “Huawei” şirkəti bundan sonra da muxtar respublikada yeni texnologiyaların tətbiqi, elektron təhsil və digər sahələrdə əməkdaşlığı davam etdirmək niyyətindədir. James Chen yeni texnologiyaların tətbiqi və inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ordubad Rayon Rabitə İdarəsinin əməkdaşı Dilşad Məmmədova deyib: Mən uzun illərdir ki, rabitə sahəsində çalışıram. Kollektivimiz heç vaxt bugünkü qədər müasir və rahat iş şəraiti ilə təmin olunmayıb. İstər müasir binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması muxtar respublikada rabitənin inkişafına göstərilən qayğının ifadəsidir. Artıq Ordubad rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu isə o deməkdir ki, rayonumuzda tək bir sahə inkişaf etmir, ümumilikdə insan amilinə böyük dəyər verilir. Dilşad Məmmədova yaradılan şəraitə görə Ordubad rayon rabitəçiləri və sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad rayonunda Rabitə Evinin və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətilə Ordubad rayonunun əhalisini təbrik edərək deyib: Ölkəmizdə bütün sahələr inkişaf edir. Bu inkişafın nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Ordubad rayonunda istifadəyə verilən yeni nəsil telefon stansiyaları dünya səviyyəli şirkət olan “Huawei” şirkətinin ən müasir avadanlıqları hesabına qurulmuşdur. Bu da ölkəmizin inkişafının göstəricisidir. Bu inkişafa isə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Çünki ölkəmizdə iqtisadi inkişaf, sabitlik və dövlətin sosialyönümlü siyasəti olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı.

Ali Məclisin Sədri deyib: Yeni nəsil telefon stansiyası abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və 23 adda əlavə servis xidmətləri göstərilməsinə imkan verəcəkdir. Qurulan yeni sistem inkişaf etmiş ölkələrdə də tətbiq olunur. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan dünyanın inkişaf edən müasir ölkələri sırasındadır. Bu gün Ordubad rayonunun rabitə sahəsində dönüş günüdür. Ona görə ki, istifadəyə verilən Rabitə Evindən, 35 yeni nəsil telefon stansiyasından və poçt bölmələrindən Ordubad rayonunun əhalisinin hamısı istifadə edəcəkdir. Müasir texnologiyaların və avadanlıqların qurulması imkan verəcəkdir ki, əhali sərbəst vaxtının daha çox hissəsini öz təsərrüfatına, ailə qayğılarına həsr etsin.

Ali Məclisin Sədri deyib: Ordubad rayonunun rabitəçiləri qurulanları qorumalı, onlardan uzun müddət və səmərəli istifadə etməli, əhaliyə nümunəvi xidmət göstərməlidirlər. Qurulanların nəticələrini hər bir sakin öz gündəlik həyatında hiss edəcəkdir. Yeni sistem insanlara rahatlıq, müasirlik gətirəcəkdir. Yeni nəsil avtomat telefon stansiyaların qurulmasında yerli mütəxəssislərlə yanaşı, “Huawei” şirkətinin də əməkdaşları iştirak etmişdir. Muxtar respublikamızda müasir rabitə sistemlərinin qurulmasında və yeni texnologiyalara əsaslanan sosialyönümlü layihələrin həyata keçirilməsində “Huawei” şirkəti yaxından iştirak etmişdir. Bundan sonra da “Huawei” şirkəti ilə əməkdaşlıq davam etdiriləcəkdir.

Ali Məclisin Sədri müasir rabitə sistemlərinin qurulmasında göstərdikləri dəstəyə görə “Huawei” şirkətinin kollektivinə muxtar respublika hökuməti və əhalisi adından təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Ordubad Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad rayon filialı üçün lazımi iş şəraiti yaradılıb. Rabitə Evində 16 iş otağı, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, 56 yerlik zal, 1792 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyası, bufet və qazanxana yerləşir. “Naxtel” müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda, sakinlərin mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur.

Hazırda rayon üzrə 35 avtomat telefon stansiyası vasitəsilə 8 min 261 abonentə rabitə xidməti göstərilir. Rayonda Mərkəzi Poçt və 25 kənd poçt məntəqəsi fəaliyyət göstərir. Bütün poçt məntəqələri kompüterləşdirilib və POS-terminallar quraşdırılıb. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı, kommunal ödənişlərin, üzvlük haqlarının, sığorta haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kredit ödənişlərinin aparılması, pensiya və sosial yardımların paylanması təşkil olunub. Bundan başqa poçt məntəqələrində itmiş əşyaların sahibinə çatdırılması, elektron imzanın sertifikat xidməti və “Naxtel” müştəri xidmətləri fəaliyyət göstərir.

Ali Məclisin Sədri Ordubad rayonu ərazisində qurulan Yeni Nəsil Telekommunikasiya Sistemini işə salıb.

Sonra “Huawei” şirkətinin baş vitse-prezidenti xanım Ami Linin video-müraciət vasitəsilə təbrikləri təqdim olunub. Ami Lin video-müraciətdə muxtar respublikada yeni texnologiyaların inkişafı sahəsində görülən işlərin təqdir olunduğunu, “Huawei” şirkətinin muxtar respublika ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, göstərilən dəstəyə görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Yeni Nəsil Telekommunikasiya Sistemi barədə məlumat verib. Qeyd olunub ki, bu gün muxtar respublikada istismar olunan 190 avtomat telefon stansiyasından 151-i və ya 80 faizi yeni nəsil texnologiyalara əsaslanır. Abunəçilərin 84 faizi yeni nəsil telefondan istifadə edir. 2017-ci il martın 29-da Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında bağlanmış müqaviləyə əsasən Ordubad rayonundakı mövcud avtomat telefon stansiyalarının rekonstruksiyasına başlanıb, ümumi tutumu 11 min 344 nömrə olan 35 yeni nəsil telefon stansiyası qurulub, 10 qovşaq yaradılıb. Əsas və alternativ fiber optik kabel xətləri üzərində tam kəsintisiz telekommunikasiya əlaqələrinin təmin edilməsi üçün Şərur-Naxçıvan və Naxçıvan-Babək-Culfa-Dəstə-Ordubad məntəqələri arasında rəqəmsal transmissiya avadanlıqları qurulub. Yeni sistem vasitəsilə sakinlərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və 23 adda əlavə servis xidmətləri təklif ediləcəkdir. Həmçinin bu gün Ordubad rayonunda 4-cü nəsil “Naxtel” mobil operatorunun bütün yaşayış məntəqələrini əhatə edən 16 baza stansiyası mövcuddur.

Ali Məclisin Sədri bina ilə tanışlıqdan sonra kollektivlə görüşüb, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Rabitə İdarəsinin həyətində də abadlıq işləri görülüb, generator otağı, anbar və xidməti avtomobillər üçün dayanacaq tikilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların zəlzələyə davamlılığı 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb