Ordubadda ekoloji bilik yarışı - “Uğur” komandası ən yüksək nəticə göstərib
Naxçıvan, 27 noyabr, AZƏRTAC
Ordubad rayon Texniki Peşə və Sürücülük Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Ordubad rayon ümumtəhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Uğur” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və final mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsində biliklərini sınayacaqlar.
Yarışlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil müəssisələrinin V–VIII sinif şagirdləri arasında təşkil olunur və şagirdlərin ekoloji biliklərini artırmaq, ətraf mühitə həssaslıq və məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.