Ordubadda sahibkarlar KOB klasterin yaradılması barədə məlumatlandırılıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB klaster və Agentlik tərəfindən verilən KOB klaster şəhadətnaməsi barədə sahibkarları məlumatlandırır.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə KOBİA-nın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Sahibkarlar Konfederasiyasının, Ordubad Rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri, 50-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti iştirak edib.
Görüşdə KOB klasterin yaradılması barədə məlumat verilib. KOB klaster şirkətinin meyarları, təqdim olunmalı sənədlər, şirkət və onun iştirakçısı üçün nəzərdə tutulan vergi güzəştləri, KOB klaster şəhadətnaməsini almaq üçün müraciət qaydası iştirakçıların diqqətinə çatdırılıb. Sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]