SİYASƏT
Ornella Nsoki: İnklüziv cəmiyyət qurmaq üçün çox çalışmalıyıq
![Ornella Nsoki: İnklüziv cəmiyyət qurmaq üçün çox çalışmalıyıq](/files/2016/1/1200x630/14616498952086763310_1200x630.jpg)
Bakı, 26 aprel, G.Məlikova, AZƏRTAC
Bu, mənim Azərbaycana ilk səfərimdir. Şəhərinizi çox sevdim. Rastlaşdığım insanların istiqanlılığı və qonaqpərvərliyi məni valeh etdi, çox təəccübləndim. Artıq bura yenidən gəlmək haqqında düşünürəm.
Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun Konqodan olan iştirakçısı Ornella Nsoki AZƏRTAC-a müsahibəsində bildirib.
Qonaq qeyd edib ki, inklüziv cəmiyyət yaratmaq özü bir kompleks məsələdir. İştirakçısı olduğumuz Forumun gənc liderlərə bu məsələlər üzərində işləməyə, fikir mübadiləsi aparmağa böyük köməyi olacaq. İnklüziv cəmiyyət qurmaq üçün çox çalışmalıyıq. Birlikdə çalışsaq, insanlar üçün bərabər hüquqların təmin edilməsinə nail ola bilərik.
“Tədbirdə müzakirələr üçün yaradılan imkanları yüksək dəyərləndiririk və yaradılmış şəraitə görə təşkilatçılara minnətdarıq”, - deyə Ornella Nsoki bildirib.