“Ortaq türk tarixi” dərsliyinin mətni ilə bağlı təkliflər müzakirə edilib
Bakı, 25 iyun, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin sədrliyi ilə ekspert şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda türk dövlətlərinin tarixçiləri və təhsil sahəsi üzrə ekspertləri Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi” dərsliyi ilə bağlı Özbəkistan tərəfinin hazırladığı təklifləri müzakirə ediblər.
Özbəkistan Elmlər Akademiyasından daxil olan bu tövsiyələr dərsliyin mətninə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı olub. Onlayn formatda keçirilən görüşün sonunda ekspertlər təklif olunan dəyişikliklərlə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Elm Şurasının Astanada keçirilən 5-ci iclasında “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin mətnləri və proqramları təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]