Ötən gün 63,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 17 mart, AZƏRTAC
Polis əməkdaşlarının martın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 24,1 kiloqramdan artıq heroin, 24,5 kiloqrama yaxın marixuana, 7 kiloqrama yaxın tiryək, 8,2 kiloqramdan çox metamfetamin və 18 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.