Ötən gün qanunsuz saxlanılan 5 ədəd tüfəng aşkar edilərək götürülüb
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tapança, 5 ədəd tüfəng, 5 patron darağı və 38 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:27]
® Mürəkkəb əməliyyatların peşəkarı
- 09.10.2026 [12:15]
Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 09.10.2026 [12:01]