Ötən il aktiv ƏDV ödəyicilərinin sayı 15,1 faiz artıb
Bakı, 10 fevral, AZƏRTAC
2022-ci ildə aktiv ƏDV ödəyicilərinin sayı 15,1 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda məlumat verib.
DVX rəisi qeyd edib ki, iqtisadi aktivlik, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində aparılan işlər bir çox sahələrdə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib.
Diqqətə çatdırılıb ki, ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım isə fiskal nöqteyi-nəzərindən xüsusilə aktualdır. 2022-ci ildə aktiv vergiödəyicilərinin sayı 7 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 15,1 faiz, aktiv obyektlərin sayı isə 3,2 faiz artıb.
Bu ilin yanvar ayına aktiv vergiödəyicilərinin sayı 712 minə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]