Ötən il Geologiya Muzeyinə üç eksponat gətirilib
Bakı, 9 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinin fonduna ötən il üç eksponat gətirilib.
Bu barədə AZƏRTAC-a muzeyin direktoru Kəmalə İmamverdiyeva məlumat verib.
Direktor bildirib ki, həmin nümunələr Gədəbəyin Soyuqbulaq kəndindən gətirilmiş qalenitli, sfaleritli, kvarslı süxur, muzey əməkdaşlarının Bayıl yamacından götürdüyü qabıq əhəngdaşı və Xəzəryanı sahil zolağının Şahağac sahəsində aşkarlanmış avgit-maqnetit qumlarıdır.
K.İmamverdiyeva muzeydəki ən qədim eksponatların Kembriyəqədərki dövrə, ən müasir nümunələrin isə IV dövrə aid olduqlarını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]