Ötən il Naxçıvanda 12 mindən çox Asan İmza sertifikatı verilib
Bakı, 16 yanvar, AZƏRTAC
2023-cü il ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət strukturlarında ümumilikdə 38 min 866 şəxs qəbul edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52 min 10 sayda xidmət göstərilib. Bu göstərici 2022-ci illə müqayisədə 1,8 dəfə çoxdur.
Ötən il ərzində vergiödəyicilərinə 134 min 183 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergiödəyiciləri ilə 63 görüş keçirilib, 390 sayda ünvanlı xidmət göstərilib. Ötən il 7098 müraciət üzrə 12 min 689 Asan İmza sertifikatı verilib.
2023-cü ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzi tərəfindən ötən il ərzində ümumilikdə 13 min 660 şəxs qəbul edilib və onlara 19 min 590 sayda xidmət göstərilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 2.8 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]