Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən illərlə müqayisədə plastik tullantıların toplanma faizi iki dəfədən çox artıb

Ötən illərlə müqayisədə plastik tullantıların toplanma faizi iki dəfədən çox artıb

Marketlərin bir çoxunda ətraf mühitə zərər vurmayan materiallardan hazırlanmış bioparçalanan torbaların satışına başlanılıb

Bakı, 7 fevral, Laçın Sultanova, AZƏRTAC

2019-cu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Həmin tədbirlərin icra vəziyyəti ilə bağlı AZƏRTAC-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin ekoloji risklərin təhlili və qiymətləndirilməsi sektorunun müdiri Mehman Nəbiyev cavablandırıb.

- Mehman müəllim, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz tədbirlər planını hazırlamışdı. Ötən bir ildə bu sahədə nə kimi işlər görülüb?

- İlk növbədə, nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi, o cümlədən selektiv toplanması, daşınması sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilib, ölkə üçün məqbul variantlar seçilib və prioritetləşdirilib. Həmçinin bu tullantıların təkrar emalı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin müqayisəli təhlili aparılıb. Plastik qablaşdırma materiallarından istifadə ilə bağlı aidiyyəti dövlət qurumları, istehsalçıların, yerli və xarici ekspertlərin rəyi alınıb. Polietilen torbaların mənfi ekoloji təsirlərini azaltmaq, resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə plastik qablaşdırma vasitələrindən istifadədə sahəsində qabaqcıl ölkələrin və beynəlxalq qanunvericilik bazası nəzərə alınmaqla təkliflər hazırlanıb. Plastik tullantıların ekoloji tarazlığı pozması ilə əlaqədar genişmiqyaslı təbliğat kampaniyasının istiqamətləri və hədəf auditoriyası müəyyənləşdirilib.

Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti, plastik tullantıların ətraf mühitə mənfi təsiri və bu təsirin azaldılması haqqında maarifləndirici xarakterli çap və videomateriallar hazırlanıb, bu materialların yayılması ilə bağlı tədbirlər görülüb, plastik tullantıların ətraf mühitə mənfi təsir səviyyəsi və bu təsirin azaldılması yolları müəyyənləşdirilib.

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri haqqında televiziya və radio kanallarında ünvanlı (müxtəlif hədəf qruplarına, xüsusilə məktəblilərə, tələbələrə, gənclərə ünvanlanan) maarifləndirici proqramlar yayımlanması təmin edilib, sosial mediada videoçarxlar və digər maarifləndirici və məsləhət xarakterli materialların yerləşdirilməsi ilə bağlı işlər görülüb, bu tullantıların ətraf mühitə mənfi təsiri barəsində ictimai məlumatlılıq artırılıb.

Digər hədəf auditoriyamız şagird və tələbələrdir. Bu məqsədlə plastik tullantıların ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici seminar və təlimlər keçirilib, müxtəlif formatda müsabiqələrin və praktiki tapşırıqların təşkilinə dair təkliflər hazırlanıb və belə layihələrin birgə icrası üçün təhsil müəssisələri ilə əməkdaşlıq qurulub.

- Nazirlik sahibkarlara müraciət edərək istifadə olunmuş plastik qablaşdırma materiallarının təkrar emalı müəssisəsini yaratmağı təklif etmişdi. Bu təklifə reaksiya verildimi, bu işə investisiya yatırmağa maraq göstərən varmı?

- Nazirlik tərəfindən istehsal və təkrar emal müəssisələrinin nümayəndələri ilə tez-tez görüşlər keçirilir, onların çətinlikləri, təkrar istehsal gücünün artırılmasına dəstək üçün lazım olan tədbirlər razılaşdırılmaqla aidiyyəti qurumlara yönləndirilir. Eyni zamanda, ötən il ərzində təkrar emal sahəsində fəaliyyət göstərmək üçün Balaxanı Sənaye Parkında təkrar emala dəstək üçün yaradılmış güzəştlərdən yararlanmaqla yeni təkrar emal müəssisələrinin fəaliyyətə başladığını qeyd etmək olar. Həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu sahəyə investisiya qoymaq istəyən sahibkarlar üçün münbit şərait yaradılmaqla investisiya təşviq sənədləri verilib.

- Bəzi ölkələrdə plastik paketlərdən və birdəfəlik plastik qab-qaşıqdan ya imtina olunur, ya da onların istifadəsi məhdudlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən marketlərdə plastik paketlərin istifadəsinin məhdudlaşdırılması hiss olunmur. Bu istiqamətdə hansı işlər görülüb?

- Ölkəmizdə də polietilen torbaların məhdudlaşırılması və birdəfəlik istifadə olunan plastik qabların qadağan olunması istiqamətində addımlar atılıb. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların (pinqvin torbalar) dövriyyəsinin qadağan olunması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılıb, qərar qəbul olunması üçün hökumətə təqdim edilib. Eyni zamanda, qalınlığı 15-50 mikron olan polietilen torbaların marketlərdə alıcılara ödənişli təqdim olunması ilə bağlı məsələ də gündəmdədir.

Bununla yanaşı, nazirlik tərəfindən bu layihələr razılaşdırmada olduğu müddətdə geniş təbliğat tədbirləri, o cümlədən marketlərdə bu torbalardan imtina ilə bağlı çağırışlar, alternativ parça torbaların pulsuz paylanması həyata keçirilib. Bu tədbirlərin nəticəsi olaraq marketlərin bir çoxunda parçadan, ətraf mühitə zərər verməyən biomateriallardan hazırlanmış torbaların satışına başlanılıb və belə torbalar ölkəmizə idxal olunur. Lakin yaxın zamanlarda bu məhsulların ölkəmizdə istehsalına da başlanılacaq. Artıq biznes qurumları ilə ilkin razılaşmalar əldə olunub.

Hazırda bir dəfə istifadə olunan plastik qab-qacaqların (çəngəl, bıçaq, qaşıq, boşqab, çubuq, stəkan, yemək konteynerləri) istifadəsinin qadağan olunması ilə bağlı təkliflərimiz aidiyyəti qurumlarla birgə qiymətləndirilir.

- Alternativ qablaşdırma ilə bağlı vəziyyət nə yerdədir? Hansı sahələr buna maraq göstərir və alternativ qablaşdırmadan istifadə edir?

- Həmin təbirlər planının qəbulundan sonra özəl sektorun alternativ qablaşdırmalara marağı artıb. Artıq ötən il bir neçə belə müəssisə fəaliyyətə başlayıb. Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə ayrı-ayrı fiziki şəxslər tərəfindən kağız torba istehsalına başlanılıb. Həmçinin qeyd etdiyimiz kimi, polietilen torbaların əvəzində bioparçalanan torbaların ölkəmizdə istehsalı üçün özəl sektor tərəfindən investisiya layihələri icra olunur.

- Nazirliyin təşkilatçılığı ilə sahilboyu və digər ərazilərin plastik tullantılardan təmizlənməsi aksiyaları keçirilib. Bu tədbirlər çərçivəsində yığılan tullantıların sonrakı aqibəti necə olub?

- Bu istiqamətdə nazirlik tərəfindən məktəblilər, tələbələr, ayrı-ayrı peşə sahibləri, jurnalistlər, istehsal müəssisələrinin nümayəndələri və səfirlik əməkdaşları ilə birgə mütəmadi iməciliklər keçirilib. Sahilboyu çimərliklərin ətraf əraziləri plastik və digər tullantılardan təmizlənib. Toplanmış tullantılar bu tədbirlərin iştirakçısı olan təkrar emal müəssisələrinə təhvil verilib. Belə tədbirlərin məqsədi çirklənmiş ərazilərdən daha çox tullantı toplamaq deyil, geniş ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltməkdir. Yəni, bu tədbirlər insanları ətraf mühiti çirkləndirməkdən çəkindirmək məqsədi daşıyır. Eyni zamanda, aidiyyəti qurumları, xüsusilə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarları bu məsələlərə daha çox diqqət yetirməyə təşviq edir.

- Əhali, xüsusən məktəblilər və gənclər arasında plastik tullantıları, eləcə də digər tullantıları xüsusi konteynerlərə atmaqla bağlı keçirdiyiniz təlimlər və digər maarifləndirici tədbirlər nə kimi fayda verir?

- Bütün yaş qrupları, o cümlədən məktəblilər, tələbələr və digər hədəf qrupları arasında plastik tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emala çatdırılması mövzusunda təlimlər keçirilib, təşviqat materialları, məktəbdənkənar vəsaitlər, videoçarxlar, animasiya filmləri, posterlər hazırlanıb və geniş ictimaiyyətə təqdim olunub. Eyni zamanda, ümumtəhsil məktəbləri, universitetlər, elmi institutlar, istehsal və təkrar emal müəssisələri ilə birgə maarifləndirici layihələr icra edilib, plastik tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlanaraq məktəblərdə, universitetlərdə, parklarda, yaşayış məntəqələrinin yaxınlığında yerləşdirilib. Bu konteynerlərdə toplanan plastiklər təkrar emala çatdırılıb. Təkrar emal müəssisələrinin qiymətləndirməsinə görə ötən illərlə müqayisədə plastik tullantıların toplanma faizi iki dəfədən çox artıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib