OTÜSTÜ XOKKEY ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Respublika Otüstü Xokkey Kompleksində otüstü xokkey üzrə kişi və qadın komandaları arasında Azərbaycan çempionatının açılış mərasimi olmuşdur.
Azərbaycan Otüstü Xokkey Federasiyasının prezidenti Fazil Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ölkəmizdə otüstü xokkeyin yaradıcısı İsa Qasımov idmançılara uğurlar arzulamışlar. Onlar idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Natiqlər son vaxtlar bu idman növünün regionlarda da inkişaf etdirildiyini söyləmişlər.
Qeyd edilmişdir ki, bu gün Azərbaycanda kişilərdən ibarət otüstü xokkey komandasının yaranmasının 40 illiyi tamam olur. Bu yubiley layiqincə qeyd olunmuşdur. Rəsmi açılış mərasimindən sonra Bakı və Sumqayıt şəhərlərinin veteranlardan ibarət kişi xokkey komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Görüş 1:1 hesabı ilə başa çatmışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra otüstü xokkey üzrə ölkə çempionatı açıq elan olunmuşdur.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]

