OTÜSTÜ XOKKEY ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATINDA İLK GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Bakı, 22 aprel (AZƏRTAC). Otüstü xokkey üzrə Azərbaycan çempionatının birinci turunun matçları keçirilmişdir. Yarışlarda kişilərdən ibarət 13 komanda və qadınlardan ibarət 5 komanda iştirak edir. Otüstü Xokkey Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yüksək liqada hazırkı ölkə çempionu “Akkord” (Bakı) Cəlilabadın “Göytəpə” komandasını böyük hesabla məğlubiyyətə uğratmışdır - 11:1. Digər matçda “Atasport” (Bakı) Qusarın “Şahdağ” komandasına qalib gəlmişdir - 5:0.
Birinci liqada Mingəçevirin “Kür” və Gəncənin “Gəncə” komandaları sülh bağlamışlar - 1:1, “Gənclik” (Sumqayıt) komandası isə paytaxtın “Təhsil” komandasından güclü olduğunu göstərmişdir - 5:0
Həftənin sonunda ikinci liqada kişilərdən ibarət komandalar görüşəcək, qadınlardan ibarət komandalar isə dairəvi sistem üzrə qarşılaşacaqlar. Qadınların mübarizəsində ilk görüşlərdə “Bakı” (Bakı) “Nizami” (Bakı İxtisaslaşmış Uşaq və Gənclər Olimpiya Ehtiyatları Məktəbi) ilə, “Atasport-2” (Bakı) isə “Şahdağ” (Qusar) ilə “münasibətləri ayırd edəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]