Azərbaycan Dövlət İnformasiya Agentliyi

Otuz il sonra və ya əbədi gənclik, dostluq və məhəbbət haqqında yeni saqa

Bakı, 25 avqust (AZƏRTAC). Bir neçə gün bundan əvvəl Bakıda “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilişləri başlanmışdır. “İlk sovet “davalı film”lərindən biri” hesab edilən, tamaşaçıların çox xoşladığı bu filmin davamını çəkmək onun rejissoru Yuli Qusmanın çoxdankı arzusu idi. Lakin müxtəlif səbəblər üzündən bu iş uzanırdı. Nəhayət, indi, filmin birinci hissəsi ekranlara çıxandan düz 30 il sonra bu arzu həyata keçməyə başlayır.

...Yuli Solomonoviçlə Pirallahı adasının yaxınlığındakı çəkiliş meydançasında görüşdük. Filmin prodüserləri və yaradıcı kollektiv çəkiliş məqsədilə münasib yer tapmaq üçün xeyli əziyyət çəkməli olmuşlar. Axı filmdə bəhs edilən hadisələr XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verir. Təbii ki, o dövrün ab-havasını tamaşaçıya çatdırmaq üçün müvafiq fon lazımdır. Bakıda və onun ətrafında modernləşmənin çox fəal getdiyini nəzərə alsaq, bu ərazidə belə bir fon tapmaq kifayət qədər çətin idi. Filmin yaradıcı heyəti bütün Abşeron yarımadasını qarış-qarış gəzərək Pirallahı adasının yaxınlığında, çoxmərtəbəli binaların və dəbdəbəli villaların tikinti bumunun hələ gəlib çatmadığı bir yer seçdilər. Heç kəsin yaşamadığı yerləri xatırladan bu ərazidə, dənizin lap sahilində çadırlar qurdular, XX əsrin əvvəlinə uyğun üslubda dekorasiyalar düzəltdilər.

Biz oraya yaxınlaşanda “Stop-kadr, motor!” komandasını eşitdik. Filmin baş rejissoru Yuli Qusman gərgin işləyirdi. O, filmin qəhrəmanı San Sanıçın evinin yaxınlığında növbəti epizodu çəkirdi (yeri gəlmişkən, yeni filmdə San Sanıç obrazını SSRİ xalq artisti Lev Durov yaradır). Çəkiliş meydançasında gördüyümüz mənzərə bayramsayağı olmasa da, demək olar ki, təntənəli idi. Bu, bəlkə də ondan irəli gəlir ki, “Qorxma, mən səninləyəm” filminin birinci hissəsində çəkilmiş Lev Durov, Polad Bülbüloğlu və bir sıra başqa aktyorlar da Yuli Qusman kimi, bu məqamı düz 30 il gözləmişlər. Çəkiliş qrupunun və aktyorların işgüzar əhvalı dərhal hiss olunurdu. Hamı diqqətlə rejissorun komandalarını izləyir, hər bir epizodu necə çəkməyin daha yaxşı olacağını, işığı haradan salmağın daha düzgün olmasını müzakirə edir.

Çəkilişlərdə fasilə yarananda fürsətdən istifadə edib rejissorla söhbət etməyi qərara aldıq.

Yuli Qusman dedi:

-Deyirlər, bir çaya iki dəfə girmək olmaz, lakin bu filmin çəkilişlərinin başlanması həmin fikrin əksini göstərir. Biz gənclik, tarix, bizim dostluğumuz adlanan həmin çaya bir də girmək istəyirik. İstənilən uğurlu filmin davamını çəkmək ideyası olur, lakin bunu heç də həmişə gerçəkləşdirmək olmur. Ona görə ki, tamaşaçının fikrində əvvəlki obrazlar və xarakterlər qalır. Onlar Polad Bülbüloğlunu, Lev Durovu, Muxtarbəy Kantemirovu cavan yaşlarında olduğu kimi xatırlayırlar. Tamaşaçılar o vaxt bütün ölkədə dillər əzbəri olmuş gözəl musiqini xatırlayırlar. Beləliklə, biz çox çətin işə girişmişik, lakin riskə getməyi qərara almışıq.

Rejissor bildirdi ki, “Qorxma, mən səninləyəm” filminin birinci hissəsində çəkilmiş aktyorların çoxu filmin davamını çəkməyi xahiş edirdilər. Y.Qusman deyir: “Mən bundan imtina edirdim, çünki filmin davamını heç cür fikirləşib tapa bilmirdim. Lakin təxminən 5 il bundan əvvəl bu köhnə mövzuya qayıtmaq və birinci filmdə bəhs edilən hadisələrin 20 ildən sonrakı davamını göstərən ekran əsəri yaratmaq fikrinə düşdüm. Əvvəllər heç vaxt bir-birindən ayrılmayan və səmimi dostlar olan qəhrəmanlarımız müxtəlif səbəblər üzündən hərə bir tərəfə dağılışmışdı. Kantemirovun qəhrəmanı Qızıl Orduda xidmət edir, San Sanıç (Lev Durov) köçüb doğma diyarına getmiş və Xəzər dənizinin sahillərində məskən salaraq cavan uşaqlara Şərq əlbəyaxa döyüş fəndlərini öyrənməkdə kömək edir. Polad Bülbüloğlu, birinci filmdə olduğu kimi, bu dəfə də Teymur Məmmədbəyov rolunu oynayır. Lakin artıq yaşa dolmuş Məmmədbəyov nüfuzlu adamlardan biri, bəstəkar və Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin deputatıdır. Buna görə də film “Qorxma, mən səninləyəm - 1919” adlanır.

Filmdə maraqlı hadisələr, döyüş epizodları, intriqalar, müxtəlif komik vəziyyətlər, gülməli əhvalatlar və macəralar çoxdur. Lakin həmişəki kimi öz ampluasına sadiq qalan rejissor Azərbaycan təbiətinin gözəlliklərini, bu yerin əhalisinin xeyirxah, səmimi, nəcib və incə yumor hissinə malik, doğma diyarını sonsuz məhəbbətlə sevən insanlar olmasını tamaşaçıya çatdırmağa çalışır.

Yuli Qusman sözünə davam edərək deyir:

-Mən Azərbaycanı, bu diyarın havasını, onun insanlarının xarakterini çox sevirəm. Mən öz Vətənim haqqında danışanda bəzi adamlar fikirləşirlər ki, bunlar sadəcə gənclik xatirələridir. Axı, cavanlıqda meyvələr daha şirin, dağlar daha uca, dəniz daha mavi görünür. Əslində bunlar həqiqətdir. Dünyanın heç bir yerində belə əncir, belə üzüm, belə dəniz və azərbaycanlılar kimi xeyirxah və həssas adamlar yoxdur. Mənim bu filmim yaxşı tanıdığım, daim yadda saxladığım və sevdiyim Azərbaycana daha bir təşəkkür əlamətidir.

Yuli Qusman bildirdi ki, çəkilişlər təkcə Abşeron yarımadasında deyil, həm də filmin birinci hissəsinin çəkildiyi Qax rayonunun İlisu kəndində aparılacaqdır:

- Biz İlisu dağlarında çəkilişlər aparmaq üçün yenə çox yaxşı yerlər tapmışıq. Bu 30 ildə mən Bakıda tez-tez olmuşam, amma rayonlara getməmişəm. Azərbaycanın regionlarında baş vermiş dəyişikliklər məni heyran etdi. İndi İlisu əvvəlki ilə müqayisəyəgəlməz dərəcədə dəyişmişdir. O vaxt İlisu ucqar, geridə qalmış bir kənd idi. İndi isə kənddəki abad, müasir evləri, oradakı iri təsərrüfatları görəndə, adamın ürəyi açılır. Ümumiyyətlə, çəkilişlərə hazırlaşarkən biz demək olar ki, bütün ölkəni gəzdik, Qərbin inkişaf etmiş şəhərlərindən heç nə ilə fərqlənməyən Qəbələni, Zaqatalanı, oradakı böyük dəyişiklikləri, rahat yolları görəndə mat qaldıq. İlisu kəndini başdan-başa gəzib dolaşandan sonra yalnız Gürcüstanla sərhəddə hələ tikinti işləri aparılmamış kiçik bir sahə tapdıq, filmin çəkilişlərini də orada aparacağıq.

Filmdə Rusiyanın tanınmış aktyorları ilə yanaşı, onların azərbaycanlı həmkarları da çəkiləcəkdir. Epizodlarda məşhur karateçilər, Dünya və Avropa çempionu Rafael Ağayev, iki dəfə Avropa şempionu İlkin Şahbazov və başqaları çəkiləcəklər. Əsas rollardan birinə “Evurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov dəvət edilmişdir.

Kədərli məqamlar da vardır. “Qorxma, mən səninləyəm” filminin birinci hissəsi ekranlara çıxandan sonra ötən 30 il ərzində həmin filmdə mənfi qəhrəmanların obrazlarını böyük ustalıqla yaratmış Həsənağa Turabov və Mirzə Babayev kimi məşhur aktyorlar dünyalarını dəyişmişlər. Lakin rejissor çıxış yolu tapmışdır. Y.Qusman deyir: “Köhnə düşmənlər gedir, yeniləri yaranır. Yerli bandit dəstəsinin başçısı, filmin əsas mənfi qəhrəmanı Qafurbəy rolunu məşhur “kaveençi” Bəhram Bağırzadə, onun “sağ əli” olan Abdullo rolunu isə MXAT-ın aktyoru İqor Zlotovitski oynayır”. Janr qanunlarına uyğun olaraq bu filmdə Xeyir və Şər arasında mübarizə gedir. Xeyir - Azərbaycanda yaranmaqda olan demokratiyanın təcəssümüdür. Təbii ki, xeyir qalib gəlir.

Filmin uğur qazanması üçün onun üzərində işləyən komanda mühüm rol oynayır. Yaradıcı qrupda qarşılıqlı anlaşma nəticə etibarilə filmin uğurlu olub-olmayacağını müəyyən edir. “Qorxma, mən səninləyəm - 1919” filminin yaradılmasına cəlb edilmiş insanlarla tanış olduqdan sonra inamla deyə bilərik ki, bu filmə tamaşaçı rəğbəti qabaqcadan təmin olunmuşdur.

Rejissor deyir:

- Bizim prodüser Nadir Əliyev birinci filmin direktoru olmuşdur. Bu gün o, filmin davamını çəkməkdə mənə kömək edir. Baş operator, Rusiyanın xalq artisti Vadim Alisov 50-dən çox film çəkmişdir. Bu filmlər arasında çox məşhur olanlar və rusiyalı tamaşaçıların sevdiyi ekran əsərləri də az deyil. Filmin baş prodüseri də bakılı, vaxtilə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubu komandasının üzvü olmuş Timur Vaynşteyndir. Filmin musiqisini, əlbəttə, Polad Bülbüloğlu yazmışdır. Birinci filmin böyük uğurundan sonra bu işi başqasına etibar etmək olardımı? Amma ümumiyyətlə, yeni filmdə musiqi əvvəlkindən az olacaqdır. Mən hətta ən kiçik rollara da öz dostlarımı, məşhur aktyorları dəvət etmişəm. Biz bu filmi Azərbaycanı sevən və ona hörmət edən insanların böyük komandası ilə çəkəcəyik.

Ümumiyyətlə, dostluq mövzusu Yuli Solomonoviç üçün müqəddəs mövzudur. Rejissor əmindir ki, dostluq, arxa hissi olmasa, heç bir iş irəliləməyəcək. İstər kino, istərsə də qlobal miqyasda dünya ölkələri və xalqları arasında münasibətlərin tənzimlənməsində.

- Bizim filmdə hadisələr sosial sarsıntılar, müharibələr və inqilablar dövründə cərəyan edir. Buna görə də filmin əsas mövzusu kişi dostluğudur. Bu anlayış hər bir sərhəddən, hər bir ideologiyadan ucadır. Bu gün bütün keçmiş Sovet İttifaqı məkanında müəyyən problemlər vardır. Əvvəllər biz hamımız bir ailə kimi yaşayırdıq, indi isə hərə öz mənzilində qapanıb qalmışdır, bəziləri öz qonşusuna pislik edir. Amma onsuz da biz yanaşı yaşamalıyıq, buna görə də birimiz digərinə əl uzadanda qarşı tərəfin bu əli sıxması çox vacibdir. Bu mənada nə Rusiya Azərbaycandan üz döndərə bilər, nə də Azərbaycan Rusiyadan. Filmin süjeti də ondan ibarətdir ki, dostluq düşmənçiliyə, alçaqlığa və məkrə qalib gəlir.

Yuli Qusman onu da etiraf etdi ki, mənəviyyatdan maddiyyata keçsək, çəkiliş qrupunun, aktyorların, texniki heyətin üzvlərinin sayı çox olsa da filmin büdcəsi bu gün Rusiyada çəkilən filmlərin büdcəsi ilə müqayisə edilə bilməz.

Yuli Qusman deyir:

- Filmin büdcəsi hələlik kiçikdir, lakin planlarımız çox böyükdür. İlkin smetada 15 milyon dollar nəzərdə tutulmuşdur, sonra bu məbləğ azaldılaraq 12 milyona endirildi. Kino çəkilişi üçün bu, o qədər də çox pul deyil. Moskvada belə bir film üçün 25 milyon dollar lazım gələrdi. Hazırda bizim büdcəmiz tələb olunandan demək olar ki, 10 dəfə azdır.

Sonra gülümsəyərək əlavə edir: - Amma güman edirəm ki, hər şey düzələcək, dostluq kömək edəcəkdir.

Gözlənildiyinə görə, “Qorxma, mən səninləyəm - 1919” filminin çəkilişləri bir neçə ay davam edəcəkdir. Onun böyük ekranlara nə vaxt çıxacağı hələ məlum deyil, lakin çox istərdik ki, bu filmin ekran taleyi də birinci filmdəki kimi uğurlu olsun. Axı, bu filmin təbliğ etdiyi məhəbbət, dostluq və sədaqət idealları həmişə yüksək qiymətləndirilir.

Orxan Yolçuyev

AZƏRTAC-ın müxbiri

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb