Otuz üç nəfər təhsil işçisi təltif edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 33 nəfər təhsil işçisi təltif edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, təhsilin inkişafında xidmətlərinə görə 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, həmçinin elm və təhsil nazirinin əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 11 nəfər “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 nəfər “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]